Ermənistanda hərbi hissə komandiri və daha 6 nəfər saxlanıldı
6 Oktyabr 2023 20:24 DünyaErmənistanın hərbi hissə komandiri və 6 nəfər saxlanılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Belə ki, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram oğurluq ittihamı ilə komandiri və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.
Bildirilib ki, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.
Qeyd edək ki, son zamanlar Ermənistanda hərbi hissə komandirlərinin müxtəlif cinayətləri üzrə saxlanma və həbs edilmə məlumatları erməni KİV-ləri tərəfindən tez-tez yayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31