Aİ Rusiyanın Abxaziyada hərbi dəniz bazası yerləşdirmək planlarından narahatdır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa İttifaqı Rusiyanın Abxaziya ərazisində daimi hərbi dəniz bazası yaratmağı planlaşdırması ilə bağlı məlumatların ortaya çıxması ilə əlaqədar dərin narahatlığınıifadə edir . Bu barədə Aİ-nin xarici siyasət xidmətinin rəsmi nümayəndəsi Piter Stano bildirib.

"Avropa İttifaqı Rusiyanın Abxaziya bölgəsində Qara dəniz donanması üçün daimi hərbi dəniz bazası yaratmaq planlarına dair məlumatlardan dərin narahatlığını ifadə edir", - deyə bəyanatda deyilir.

O qeyd edir ki, bəyan edilmiş planların həyata keçirilməsi regionda gərginliyin və sabitliyə təhdidlərin daha da artmasına səbəb olacaq.

Bundan əvvəl Abxaziya prezidenti Aslan Bjaniya Abxaziyada Qara dəniz sahilində Rusiya Hərbi Dəniz Qüvvələri üçün yeni daimi bazanın yaranacağını və artıq müvafiq sazişin imzalandığını bildirmişdi . 

Rusiya Abxaziyanın suverenliyini 26 avqust 2008-ci ildə tanıyıb. Bu il respublikada hadisənin 15 illiyi şərəfinə bayram tədbirləri keçirilib. İndi Rusiya və Abxaz hərbçiləri respublikanın təhlükəsizliyini təmin etmək üçün birgə çalışırlar. Abxaziya sərhədlərində Rusiya FSB-nin sərhədçiləri də işləyir .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31