Qərb öz xəttini davam etdirdiyi müddətcə Serbiya-Kosovo razılaşmaları mümkün deyil – ÖZƏL
6 Oktyabr 2023 14:34 Dünya"Qərb tanınmamış Kosovo ilə bağlı siyasətini davam etdirdiyi müddətdə Belqrad və Priştinanın münasibətlərin normallaşdırılması üzrə razılıq əldə etmək üçün real perspektivləri yoxdur".
Olaylar.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko bildirib.
Diplomatın sözlərinə görə, Qərbin əsas məqsədi əyaləti Kosovodan ayırmaq, ona müstəqillik vermək, ən qısa zamanda NATO və Aİ-yə daxil olmaqdır, ona görə də Kosovo hakimiyyəti davamlı dəstəyə ümid edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31