Türkiyə şəhid verdi

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı zonasında Türkiyə Silahlı Qüvvələrinin piyada çavuşu Rəcəb Parlaq terrorçuların atəşi nəticəsində şəhid olub.

Olaylar.az report.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hərbçi sentyabrın 30-da yaralanaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxilələrinə baxmayaraq, R. Parlağın həyatını xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31