Pentaqon təsdiqlədi: Türkiyə PUA-sını vurmuşuq!
5 Oktyabr 2023 23:54 DünyaSuriyada ABŞ hərbçiləri Türkiyə PUA-sını potensial təhlükə kimi qəbul edərək vurublar.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pentaqonun məlumatında deyilir.
Bildirilib ki, Türkiyə qüvvələrinin Amerika hərbçilərini qəsdən hədəfə almasına dair heç bir əlamət müşahidə edilməyib.
İnsidentdən sonra Türkiyə və ABŞ müdafiə nazirləri arasında da telefon danışığı baş tutub.
Qeyd edək ki, bundan öncə Suriya mənbələri "Bayraqdar" PUA-sının ABŞ tərəfindən vurulması barədə məlumat yaymışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31