Bomba həyəcanı - 8 məktəb boşaldıldı
5 Oktyabr 2023 21:15 DünyaFransanın İsere əyalətinin Qrenobl bölgəsində bomba təhlükəsi səbəbindən 8 məktəb boşaldılıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu haqda Fransanın İsere Qubernatorluğu məlumat yayıb.
Məlumatda məktəblərdəki işçi heyətinin və şagirdlərin təxliyə edildiyi, təhlükəsizlik tədbirləri yaradıldığı, bomba zərərsizləşdirmə qruplarının araşdırma apardığı bildirilib.
Qubernatorluq hələlik xəbərlərin real və ya əsassız olması ilə bağlı heç bir məlumat paylaşmayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31