Polşa ukraynalı qaçqınlara ödəmələri ləğv edəcək - ÖZƏL
5 Oktyabr 2023 16:48 DünyaOlaylar.az xəbər verir ki, Polşa hakimiyyəti 2024-cü ilin birinci rübündə ukraynalı qaçqınlara ödənişləri ləğv etməyi planlaşdırır.
Qeyd olunur ki, Polşa qanunvericiliyindəki mövcud müddəalar davam etdirilməyəcək. Polşa hökuməti hesab edir ki, ukraynalı qaçqınlara ödənişlərin uzadılmasına ehtiyac olmayacaq.
Bundan əvvəl Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetinin eksperti Denis Denisov bildirmişdi ki , Polşa Ukraynadan olan qaçqınlara sosial dəstək verməkdən imtina edərsə, Kiyevdə iğtişaş baş verə bilər .
Polşa hökumətinin sözçüsü Piotr Müller ukraynalı qaçqınlara sosial yardımın 2024-cü ilə qədər uzadılmayacağına ümid etdiyini bildirib .
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31