Ermənipərəst Yuri Kim vəzifədən azad edildi
5 Oktyabr 2023 13:28 DünyaQatı Azərbaycan əleyhdarı olan Yuri Kim ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən azad edilib.
Olaylar.az axar az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Co Bayden sözügedən vəzifəyə Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms Obraynın namizədləyini irəli sürüb.
ABŞ Senatı təklifi qəbul edib. Obraynın xüsusilə Rusiya ilə münasibətlərlə bağlı məsələlər üzrə işləyəcəyi qeyd olunub.
Qeyd edək ki, Yuri Kim ABŞ Senatında keçirilən dinləmələrdən sonra Azərbaycana qarşı bəyanatları ilə gündəmə gəlib. O, ötən ay USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauerlə birlikdə İrəvanda səfərdə olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31