Fransada beş Ubisoft oyun tərtibatçısı cinsi təcavüzə görə həbs edilib - ÖZƏL

Fransa polisi oyun naşiri Ubisoft-un beş keçmiş rəhbərini iş yerində cinsi qısnama ilə bağlı saxlayıb.

Olaylar.az xəbər verir ki, bu barədə Liberation məlumat yayıb.

Şirkətin keçmiş yaradıcı direktoru Serj Eskoet və vitse-prezident Tommi Fransua həbs edilib. Qalan şəxslərin adları açıqlanmır, lakin onların da əvvəllər Ubisoft-un top menecerləri olduqları iddia edilir.

Liberation yazır ki, həbslər Ubisoft-da 2020-ci ildə başlayan cinsi təcavüzlə bağlı istintaqın bir hissəsi kimi baş verib. Eskoet və Fransua problemin mediada geniş yayılmasından dərhal sonra şirkətdən qovulublar.

İstintaqla bağlı bəzi yeni təfərrüatlar var. İddiaçılardan birinin vəkili Maud Beckers jurnalistlərə bildirib ki, iş Ubisoft-da "sistemli cinsi istismar problemini ortaya çıxarıb".

Xəbər dərc olunan vaxt Ubisoft keçmiş yüksək rütbəli işçilərinin saxlanmasına münasibət bildirməmişdi.

Bundan əvvəl tənqidçilər Ubisoft-un yeni oyunu Assassinchr("39")s Creed Mirage-i yüksək qiymətləndirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31