"Mən onunla görüşməyə hazıram və əminəm ki, bir çox həmkarlarım onunla görüşmək istəyəcəklər" - ÖZƏL

Olaylar.az xəbər verir ki,  Ali Radanın deputatı Aleksandr Merejko amerikalı sahibkar İlon Maskı Ukraynaya səfərə dəvət edib.

"Mən onunla görüşməyə hazıram və əminəm ki, bir çox həmkarlarım onunla görüşmək istəyəcəklər" - deputat qeyd edib.

O, Maskın Ukraynadakı real vəziyyətdən xəbəri olmadığı fikrini bildirib. Merejkonun sözlərinə görə, əgər sahibkar Ukraynaya səfər etsəydi, o, Ukrayna prezidenti Vladimir Zelenskiyə qarşı təhqiramiz tvit "heç vaxt deməz və yazmazdı". Deputat vurğulayıb ki, Mask dəvətdən yararlansa, istənilən sualı verə biləcək.

Daha əvvəl Mask sosial şəbəkədə Vladimir Zelenskinin siması olan "damarlı oğlan" adlı mem yayımladı və bununla da Kiyevə əlavə yardım üçün "yalvarmağı" ələ saldı. Bundan sonra Ukrayna Ali Radası Maskı rusiyapərəst təbliğatda ittiham edib.

Daha sonra Mask bildirib ki, Amerika hakimiyyətinin prioriteti Ukraynanı dəstəkləmək yox, ilk növbədə ölkənin problemlərini həll etmək olmalıdır.

Daha əvvəl amerikalı jurnalist İlon Maskın vaxtaşırı "cin rejiminə" keçdiyini bildirmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31