Rusiyalı həkimlər iki litr qan itirən xəstəni xilas ediblər - ÖZƏL

Solneçnoqorsk vilayət xəstəxanasının həkimləri qanaxma yarası olan 45 yaşlı xəstəni xilas ediblər.

Olaylar.az xəbər verir ki, bu barədə Moskva vilayətinin Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Xəstə aşağı təzyiq və huşunu itirmə ilə tibb müəssisəsinə yerləşdirilib. Kişi təcili olaraq tomoqrafiyadan keçib, lazımi analizlər aparılıb və reanimasiyaya yerləşdirilib. Orada ona qan köçürülüb, vəziyyəti stabilləşdikdən sonra qastroskopiya olunub. Müayinədə onikibarmaq bağırsağın qanayan xorası var idi.

"Xəstə ən azı 2 litr qan itirib. Əməliyyat zamanı mədənin 2/3 hissəsinin rezeksiyası aparılıb", - cərrah Mixail Stroitelev bildirib.

Əməliyyatdan sonra xəstə tez sağalıb və bir həftə sonra ambulator müalicə üçün xəstəxanadan buraxılıb.

Bundan əvvəl rusiyalı həkimlər dünyada ilk dəfə nadir xəstəlik olan uşağa sümük iliyini köçürmüşdülər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31