Qriqori Xaçaturovun həbs müddəti iki ay uzadıldı
4 Oktyabr 2023 18:45 DünyaMəhkəmə Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun keçmiş komandanı, general-mayor Qriqori Xaçaturovun həbs müddətini iki ay uzadıb.
Olaylar.az sfera.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan məhkəmə sisteminin məlumatında deyilir.
Qeyd edilib ki, növbəti məhkəmə iclası oktyabrın 18-i saat 15:00-da olacaq.
Q.Xaçaturov keçmiş müdafiə naziri, parlamentin "Ayastan" fraksiyasının rəhbəri Seyran Ohanyan və daha 11 nəfərin işində iştirak edir. Cinayət işi çərçivəsində keçmiş müdafiə nazirinə qarşı xüsusi külli miqdarda mənimsəmə və səhlənkarlıq nəticəsində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə ittiham irəli sürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31