İstanbulda terror aktı təşkil edən “rəhbər şəxs” Suriyada məhv edilib

Türkiyənin Milli Kəşfiyyatı İdarəsi (MİT) Suriyada yeni antiterror əməliyyatı keçirib.

Olaylar.az xəbər verir ki, keçirilmiş əməliyyat nəticəsində PKK/KCK-PYD/YPG terror təşkilatının kəşfiyyat məsələləri üzrə "rəhbər şəxsi" Nabo Kele Hayri məhv edilib.

Qeyd edək ki, zərərsizləşdirilən terrorçu 2022-ci ilin noyabr ayında İstanbulun İstiqlal küçəsində törədilən terror aktının təşkilatçılarından biri olub.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31