Hindistan Kanadanın 41 diplomatını ölkədən çıxarır - ÖZƏL

Dehli ilə Ottava arasında diplomatik kriz getdikcə böyüyür. "OLAYLAR" "Haber Global"-a istinadən bildirir ki, Hindistan Kanadadan ölkədəki 62 diplomatından 41-ni geri çağırmasını istəyib. 

Hindistanın bu qərarı hər iki ölkənin bir-birinin yüksək səviyyəli diplomatlarını ölkədən çıxarmasından sonra verilib.

Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü daha əvvəl Hindistanın Kanadada daha az diplomatı olduğunu iddia edərək, Hindistandakı Kanada diplomatlarının sayını məhdudlaşdırmağa çağırmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31