Rusiya Yaponiyaya etiraz notası göndərdi

Rusiya Yaponiyanın Moskvadakı səfirliyinə etiraz notası göndərib.

Olaylar.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, Yaponiya və NATO ölkələrinin Rusiyanın Uzaq Şərq sərhədləri yaxınlığında hərbi fəaliyyət göstərməsi yolverilməzdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31