Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması müddətinin uzadılmasını təsdiqləyib - ÖZƏL
4 Oktyabr 2023 13:06 DünyaOlaylar.az xəbər verir ki, Səudiyyə Ərəbistanı 2023-cü ilin sonuna qədər neft hasilatını könüllü olaraq gündəlik 1 milyon barel azaltmağa davam etmək qərarına gəlib. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyindəki mənbə məlumat yayıb .
Söhbət iyulda tətbiq edilən və avqust və sentyabr aylarına qədər uzadılan hasilatın sutkada 1 milyon barel əlavə azalmasından gedir. Beləliklə, oktyabr-dekabr aylarında Səudiyyə Ərəbistanının faktiki hasilat səviyyəsi gündə təxminən 9 milyon barel olacaq.
Səudiyyə Ərəbistanı sentyabrın 9-da hasilatın azaldılmasını ilin sonuna qədər uzatdığını, lakin qərarı hər ay nəzərdən keçirəcəyini bildirib.
Krallıq əlavə ixtisarı neft bazarında sabitliyin və tarazlığın qorunması üçün OPEC+ ölkələrinin gördüyü tədbirlərin gücləndirilməsinin zəruriliyi ilə izah edib. Aprel ayında Ər-Riyad artıq 2023-cü ilin sonuna qədər davam edəcək hasilatın könüllü azaldılmasını elan edib.