Rusiya döyüş təyyarələri Ukrayna desant qrupunun Krıma çatmasına mane olub – ÖZƏL
4 Oktyabr 2023 12:07 Dünya"Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri yüksəksürətli qayıq və üç su skuteri ilə Qərbi Krımın Tarhankut burnuna çatmağa çalışan Ukrayna desant qrupunu dayandırıb".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi bildirib.
"Oktyabrın 4-ü səhər saatlarında Kiyev rejiminin Rusiyadakı obyektlərə qarşı terror aktları törətmək cəhdlərinin qarşısı alınıb. Qara dənizin şimal-qərb hissəsində Rusiya Aerokosmik Qüvvələrinin təyyarələri Ukraynaya məxsus hücum qüvvələrinin qarşısını alıb. Krım ərazisinə sızmadan yüksəksürətli qayıq və üç su skuterindən istifadə edərək Tarhankut burnuna doğru hərəkət edib", - nazirlik bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31