Zaxarova: “Ermənistanda ictimai rəy nəzərə alınmır”
4 Oktyabr 2023 11:08 Dünya"Ermənistanda qərarların qəbulu prosesində ictimai rəy nəzərə alınmır"
Olaylar.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu "Sputnik" radiosuna Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Təkcə bu gün üçün deyil, millətin tarixini dəyişən, ümummilli əhəmiyyət kəsb edən qərarlar qəbul edilir. Ermənistan hakimiyyəti ictimai rəyə arxalanmadan, plebisitin nəticələrinə əsaslanmadan bu qərarları verirlər", - Zaxarova bildirib.
O, əlavə edib ki, Ermənistanda hökumət rəsmilərinin son hərəkətləri seçkilərdən əvvəl verdikləri vədlərə ziddir.
Report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31