Sinqapurda 2 milyard dollardan çox aktivlər müsadirə edildi

Sinqapurun hüquq-mühafizə orqanları ölkədə çirkli pulların yuyulmasına qarşı əməliyyat çərçivəsində 2,8 milyard dollar (2 milyard ABŞ dolları) dəyərində aktivləri müsadirə edib və dondurub.

Olaylar.az bildirir ki, bu barədə Sinqapurun daxili işlər və ədliyyə naziri Jozefina Teo bildirib.

Onun sözlərinə görə, istintaq davam edir.

Bundan əvvəl, sentyabrda 1,8 milyard dollarlıq aktivlər dondurulub və ardınca çirkli pulların yuyulması, dələduzluq və sənədlərin saxtalaşdırılması ilə bağlı cinayətlərin istintaqı çərçivəsində 10 əcnəbi həbs edilib.

Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31