Putin vəzifəsini Baş nazirə ötürə bilər - ÖZƏL

"Rusiya və Ukrayna arasında davam edən müharibə hər iki tərəfi yorub. Müharibə gələn il Rusiya da keçirilən prezident seçkilərinə kimi davam edəcək". "Olaylar" xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, V. Putin yenidən prezident seçiləcəyi şübhəsizdir. Amma, xəstəliyi ilə əlaqədar vəzifəsini Baş nazirə ötürməsi mümkündür: 

"Bundan sonra, Qərblə Rusiya arasında müəyyən irəliləyişlər əldə oluna bilər. Həmçinin Ukrayna məsələsində Rusiya güzəştə getməyə məcbur olacaq. Təbii ki, Ukrayna müharibədə ciddi uğurlar əldə etdiyi müstəvidə mümkün olacaq. Müharibənin davamı Rusiyanı getdikcə zəiflədir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31