Avstriya da Slovakiya ilə sərhəd nəzarəti tətbiq edəcək - ÖZƏL
3 Oktyabr 2023 20:05 DünyaAvstriya oktyabrın 4-nə keçən gecə Slovakiya ilə sərhəddə nəzarət tətbiq edəcək.
Olaylar.az bu barədə Avstriya Daxili İşlər Nazirliyinin bəyanatına istinadən xəbər verir.
"Daxili işlər naziri Gerhard Karner 2023-cü il oktyabrın 3-də Avstriyanın 4 oktyabr 2023-cü il gecə yarısından etibarən Slovakiya ilə sərhəddə nəzarəti bərpa edəcəyini açıqlayıb", - deyə məlumatda bildirilir.
Daxili İşlər Nazirliyi də qərarlarını izah edib: hüquq-mühafizə orqanları çexiya və Polşanın əvvəllər tətbiq etdiyi oxşar tədbirlərə görə qeyri-qanuni miqrantların Avstriyaya daxil olmağa çalışacağından ehtiyat edirlər, ona görə də təhlükəsizlik qüvvələri bu cür cəhdləri dayandırmağa hazırlaşır.
Oktyabrın 3-də Polşa hakimiyyəti Slovakiya ilə sərhəddə 10 günlük nəzarətin uzadılması ehtimalı ilə bağlı elan etdi. Polşanın daxili işlər naziri Mariuş Kaminskinin izah etdiyi kimi, tədbirlər "Balkan marşrutu"nda qeyri-qanuni mühacirlərin sayının artması ilə əlaqədar görülüb. Polşalıların qərarına Çexiya da qoşuldu və sonradan məlum oldu ki, Polşa sərhədçilərinə hərbçilər kömək edəcək.
Balkan marşrutu Afrika və Yaxın Şərqdən olan miqrantların Qərbi və Mərkəzi Avropa ölkələrinə, daha çox Almaniyaya çatmaq üçün keçdiyi marşrutdur. Marşrut Türkiyədən başlayır, sonra Serbiya, Bolqarıstan və digər Balkan ölkələrindən keçir.
Daha əvvəl bildirilmişdi ki, Almaniya, Polşa və Çexiya qeyri-qanuni miqrasiya və "qaçaqmalçılıqla bağlı cinayət"lə mübarizə üçün birgə işçi qrup yaradır.