Ukrayna qüvvələri Bryansk vilayətinin yaşayış məntəqəsini kaset bombalarından atəşə tutub - ÖZƏL
3 Oktyabr 2023 16:53 Dünya"Ukrayna silahlı qüvvələri Bryansk vilayətinin Klimovo kəndini kaset bombalarından atəşə tutub, bir neçə yaşayış binasına ziyan dəyib".
Olaylar.az xəbər verir ki, bunu qubernator Aleksandr Boqomaz bildirib.
"Ukraynalı hərbçilər Klimovo kəndini kaset sursatlarından atəşə tutub. İlkin məlumata görə, itki yoxdur. Bir neçə ev və yardımçı tikililərə ziyan dəyib" - o, deyib.
Qubernatorun sözlərinə görə, qəsəbənin ərazisinə baxış davam edir. Hadisə yerində əməliyyat və təcili yardım xidmətləri işləyir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31