Peskov: “Kreml Paşinyanın Roma statutunun qəbulunun zəruriliyi barədə əsaslandırması ilə razılaşmır”
3 Oktyabr 2023 16:43 Dünya"Kreml Ermənistanın baş naziri Nikol Paşinyanın ölkənin təhlükəsizliyi üçün Roma statutunun qəbul edilməsinin zəruriliyi barədə əsaslandırması ilə qətiyyən razılaşmır".
Olaylar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O deyib ki, Roma statutunun ikitərəfli sənədlər üzərində necə üstünlük təşkil edə bilməyəcəyinin həll yollarını tapmaq lazımdır.
Qeyd edək ki, bu gün Ermənistan parlamenti Roma statutunu ratifikasiya edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31