Polşa Aİ-də “sol-liberal çılğınlığa” son qoymağa çağırır - ÖZƏL

Olaylar.az xəbər verir ki, Polşanın "Hüquq və Ədalət" partiyasından olan Avropa Parlamentinin (AP) üzvü , Polşanın keçmiş baş naziri Beata Şidlo "sol-liberal çılğınlığı" dayandırmaq üçün AP-də qüvvələr balansının dəyişdirilməsinin zəruriliyini bəyan edib. 

Onun sözlərinə görə, solçu qüvvələr miqrasiyadan tutmuş iqlim və enerji siyasətlərinə qədər Avropaya öz baxışlarını tətbiq edirlər.

"Onlar göstərməyə davam edirlər ki, bu, ilk növbədə, Avropaya öz baxışlarını tətbiq etmək, Avropanın üzərində qurulduğu dəyərləri məhv etmək istəyən müəyyən bir nüfuzlu liberal-sol elita qrupunun biznes layihəsidir". 

Bundan əvvəl Polşanın baş prokuroru və ədliyyə naziri Zbiqnev Ziobro Avropa Birliyinin gələcək ekoloji planlarını iqlim dəliliyi kimi qiymətləndirmişdi .

"Biz Avropa İttifaqının təşviq etdiyi iqlim çılğınlığına tab gətirə bilmərik. Onlar daxili yanma mühərrikləri olan, benzinlə işləyən avtomobilləri ləğv etmək istəyirlər", - deyə Polşa Ədliyyə Nazirliyinin rəhbəri izah etdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31