Moskva birjasında dolların məzənnəsi 100 rublu keçib - ÖZƏL
3 Oktyabr 2023 15:35 DünyaValyuta ticarəti məlumatlarına görə, Moskva birjasında dolların rubla nisbətdə məzənnəsi avqustun 14-dən bəri ilk dəfə olaraq 100 rublu ötüb.
Dollar 0,49% artaraq 100,23 rubl təşkil edib. Avro 0,33$ azalaraq 104,605 rubl, yuan isə 0,24% artaraq 13,633 rubl təşkil edib.
Birjanın açılışında dollar 5,75 qəpik ucuzlaşaraq 99,71 rubl, avro isə 23,25 qəpik ucuzlaşaraq 104,72 rubl olub. Yuanın məzənnəsi 3,4 qəpik artaraq 13,63 rubl olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31