Finlandiya Ukraynaya növbəti hərbi yardım paketi təqdim edəcək - ÖZƏL

"Helsinki Kiyevə növbəti hərbi yardım paketi təqdim etməyi planlaşdırır".

Olaylar.az xəbər verir ki, bunu Finlandiyanın xarici işlər naziri Elina Valtonen bildirib.
"Finlandiya Ukraynaya demək olar ki, iki milyard avro yardım edib. Bizim növbəti müdafiə materialı paketimiz hazırlanır" - o, deyib.
Valtonen əlavə edib ki, Finlandiya və Aİ lazım olduğu qədər Ukraynanı dəstəkləyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31