İsveç XİN rəhbəri pasportunu unutdu - Ukraynaya buraxılmadı
3 Oktyabr 2023 13:40 Dünyaİsveçin xarici işlər naziri Tobias Billstrem pasportunu unutduğuna görə Ukraynaya buraxılmayıb.
Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə diplomatik çevrələr məlumat yayıb.
Bildirilib ki, ölkəyə buraxılmayan İsveçin xarici işlər naziri Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərlərinin görüşündə iştirak edə bilməyib.
Qeyd olunub ki, nazir Polşa-Ukrayna sərhədindən ölkəyə buraxılmadığı üçün Kiyevə səfərdən imtina etməli olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31