Türkiyədə PKK üzvü olmaqda şübhəli bilinən 90 nəfər həbs edilib - ÖZƏL

Türkiyənin təhlükəsizlik qüvvələri ölkədə terror təşkilatı kimi tanınan Kürdüstan Fəhlə Partiyasının (PKK) fəaliyyətində iştirakda şübhəli bilinən 90 nəfəri saxlayıb.

Olaylar.az xəbər verir ki, Türkiyənin 18 vilayətində antiterror əməliyyatları keçirilib.
Əməliyyatlar Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında PKK-nın üzərinə götürdüyü terror aktından sonra keçirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31