Macarıstan Rusiyadan qaz və neft almağa davam etdiyini bildirib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Macarıstan Rusiya ilə əməkdaşlığı saxlamaqla və etibarlı enerji təchizatını təmin etməklə qış mövsümünə yaxşı hazırlaşıb.  Bunu  Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib. 

Siyarto-nun sözlərinə görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov onu əmin edib ki, Rusiya və onun şirkətləri üzərlərinə götürdükləri müqavilə öhdəliklərini yerinə yetirəcəklər və Macarıstanı müqavilələrdə göstərilən həcmdə təbii qaz, neft və nüvə yanacağı ilə təmin edəcəklər.

Macarıstan Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, "İndiyə qədər bizim təcrübəmiz bu bəyanata uyğundur".

Diplomat əlavə edib ki, hazırda Macarıstanın qaz anbarlarının doluluğu orta Avropa göstəricisindən xeyli yüksəkdir və fasiləsiz tədarüklər qışda ölkənin enerji təchizatını təmin edəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31