Türkiyə ölkə daxilində genişmiqyaslı antiterror əməliyyatına başlayıb - ÖZƏL
3 Oktyabr 2023 11:38 Dünya"Türkiyənin təhlükəsizlik qüvvələri ölkə boyu "Qəhrəmanlar" kod adlı genişmiqyaslı antiterror əməliyyatı keçirir".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
"Səhər saatlarından Türkiyə ərazisində 13 440 təhlükəsizlik əməkdaşının iştirak etdiyi 466 antiterror əməliyyatı keçirilib. "Qəhrəmanlar" əməliyyatı çərçivəsində Mersində 12 terror təşkilatı üzvü həbs edilib. Van, Şanlıurfa, Mardin, Diyarbəkir, Qaziantep, İstanbul, Bursa, Batman, Dənizli, Adana, Kayseri, Antalya, Konya, Isparta və Kocaelidə keçirilən əməliyyatlarda 55 terrorçu həbs edilib", - deyə nazir bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31