Ukraynada ilk yeraltı məktəb tikilir
2 Oktyabr 2023 15:16 DünyaUkraynanın ilk yeraltı məktəbi Xarkov şəhərində tikiləcək.
Olaylar.az musavat.com-a istinadən bildirir ki, bunu Xarkov meri İqor Terexov teleqramda yazıb.
Onun sözlərinə görə, bu şagirdlərə hətta raket təhlükələri zamanı da təhsillərini davam etdirməsinə kömək edəcək:
"Biz Ukraynada müasir normativ tələblərə cavab verəcək ilk yeraltı məktəb tikməyi planlaşdırırıq. Belə bir sığınacaq minlərlə Xarkov uşağına raket təhdidləri zamanı təhsilini davam etdirməyə imkan verəcək".
Terexov bildirib ki, sentyabrın 1-də Xarkov metrosunun bir sıra stansiyalarında ümumilikdə 17 sinif otağı açılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31