Rusiya ordusu KXDR-də Ukraynanın 8 hücumunu dəf edib - ÖZƏL

"Rusiyanın "Cənub Döyüş Qrupu" Artyomovsk və Avdeyevka ərazilərində Ukraynanın 8 hücumunu dəf edib, düşmənin itkiləri 300 hərbçini ötüb".

Olaylar.az xəbər verir ki, bunu döyüş qrupunun mətbuat katibi Georgi Mineaşvili bildirib.
"Cənub Döyüş Qrupu bölmələri Artyomovsk və Avdeyevka ərazilərində Ukrayna hücum qruplarının 8 hücumunu dəf edib. Düşmənin itkiləri 300-dən çox hərbçi, bir "Krab" özüyeriyən artilleriya sistemi, D-20 silahı, iki tank, mexanikləşdirilmiş piyada döyüş maşını olub" - deyə, o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31