"SpaceX" və İlon Maskla əməkdaşlığı genişləndiririk - Türkiyəli nazir
2 Oktyabr 2023 13:47 DünyaTürkiyə "SpaceX" şirkəti və İlon Maskla əməkdaşlığı genişləndirir.
Olaylar.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu açıqlama verib.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İlon Maska əlaqələri əməkdaşlıq planlarımızı daha da asanlaşdırır. Teslanın Türkiyəyə investisiyası ilə bağlı gündəm var", - deyə o əlavə edib.
Xatırladaq ki, İlon Mask TEKNOFEST-ə dəvət etdiyi üçün prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
"Tesla" və "SpaceX"in baş icraçı direktoru (CEO) İlon Mask gələn il TEKNOFEST-də şəxsən iştirak etməyi və Türkiyədə investisiya imkanlarını müzakirə etməyi səbirsizliklə gözlədiyini bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31