ABŞ və Qərb “Şimal axını” partlayışlarında iştirakın izlərini gizlədir – ÖZƏL

"ABŞ və digər Qərb ölkələri "Şimal axını" qaz kəmərlərində baş verən partlayışlarda iştiraklarının izlərini gizlətməyə çalışırlar".

Olaylar.az xəbər verir ki, bunu Şimali Koreya Xarici İşlər Nazirliyinin Rusiya ilə əlaqələr departamentinin baş direktoru Kim Çen Qyu bildirib.

"ABŞ və Qərb Rusiyanın BMT-nin müşahidəsi altında birbaşa əlaqəli tərəf kimi Rusiyanın da iştirak etdiyi beynəlxalq birgə təhqiqat aparmaq barədə ədalətli təklifini qəti şəkildə rədd etdilər. Bundan başqa, onlar heç vaxt Rusiyaya araşdırmalarının nəticələri barədə məlumat verməyiblər. Bu, sadəcə, xırda məsələdir. Onların təxribat cinayətində iştirakının izlərini ört-basdır etmək üçün hiylədir" - deyə, o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31