İrəvanda etiraz aksiyaları keçirilir
30 Sentyabr 2023 22:12 DünyaErmənistanın paytaxtı İrəvanda yenidən etiraz aksiyaları başlayıb.
Olaylar.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Bildirilib ki, aksiyanın təşkilatçılarından biri İrəvan Dövlət İqtisad Universitetinin keçmiş rektoru Ruben Ayrapetyandır.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan müxalifəti Azərbaycan hüquq-mühafizə orqanlarının Qarabağın "dövlət naziri" Ruben Vardanyanı həbs etməsi ilə bağlı mitinq keçirəcəyini elan etmişdi.
****
İrəvanda Baş nazir Nikol Paşinyanın istefası tələbə ilə də etiraz aksiyası keçirilir.
Hökumət binası yaxınlığında 600-ə yaxın insan toplaşıb.
Hadisənin polis nəzarətində olduğu bildirilir. Toqquşmalar barədə məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31