Türkiyə-Yunanıstan sərhədində yeni körpü tikilir
30 Sentyabr 2023 19:15 Dünya2024-cü ildə Türkiyə ilə Yunanıstan sərhədində yeni körpünün tikintisinə başlanılacaq.
Olaylar.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstan xarici işlər nazirinin iqtisadi məsələlər üzrə müavini Kostas Franqoyannis deyib.
O bildirib ki, bu, tərəflər arasında ikinci körpü olacaq və nəqliyyatın hərəkəti üçün istifadə ediləcək:
"Bu körpü nəqliyyat və ticarət sektorlarında işimizi asanlaşdıracaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31