Bu ölkədə metronu su basıb

Güclü yağış Nyu-York şəhərini (ABŞ) iflic edib, küçələri, zirzəmiləri, məktəbləri və metro stansiyalarını sel suları basıb.

Olaylar.az xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, suyun səviyyəsi o qədər sürətlə qalxıb ki, pik saatlarda metroya minən bəzi sərnişinlər çıxılmaz vəziyyətdə qalıblar. Onları xilasedicilər xilas ediblər.

Nyu-Yorkda və ştatın bir sıra bölgələrində fövqəladə vəziyyət elan edilib.

Şəhər rəsmiləri "LaGuardia" hava limanının terminalını bağlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31