İranda həbsxanada məhbuslar üsyan edib - Atəş açılıb

Ərəblərin kompakt yaşadığı Xuzistan əyalətinin Ramhörmüz həbsxanasında məhbuslar üsyan edib.

Olaylar.az xəbər verir ki, bu barədə üsyan məhbuslardan biri barəsində edam hökmünün çıxarılmasında sonra baş verib.

Həbsxanadan atəş səslərinin eşidildiyi, məhbuslara qarşı odlu silahlardan istifadə edildiyi bildirilir.

İranın "Mehr" xəbər agentliyi üsyan və atəş səsləri barədə məlumatı təsdiqləsə də, ehtimal edilən ölü və yaralı sayı barədə heç nə yazmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31