Türkiyənin bu vilayətində yeni neft quyusu qazılacaq
30 Sentyabr 2023 12:12 DünyaTürkiyənin Van vilayətində yerləşən Körkandil dağında yeni neft quyusu qazılacaq.
Olaylar.az-ın TurkicWorld-a istinadən məlumatına görə, bu barədə "Türkiye Petrolleri Anonim Ortaklığı" (TPAO) şirkəti açıqlama verib.
Məlumata əsasən, bu ilin sonu və ya gələn ilin əvvəlində Körkandil dağında quyunun qazılacağı və qazma işlərinin 3 min metr dərinliyi keçəcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Türkiyənin Siirt, Batman və Şırnak vilayətlərində neft kəşfiyyatı işləri davam edir.
2022-ci ilin dekabrında Şırnakın Qabar dağında 150 milyon barrel neft ehtiyatı aşkar edilən Şehit Esma Çevik (ŞEÇ) Neft Yatağının ehtiyat dəyərinin təxminən 12 milyard dollar olduğu açıqlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31