Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir

"Ermənistan hakimiyyəti ölkədə Rusiya telekanallarının bağlanması məsələsini müzakirə edir".

Olaylar.az xəbər verir ki, bunu Ermənistanda hakim Vətəndaş Müqaviləsi Partiyasından olan deputat Lusine Badalyan "Faktor TV"nin efirində deyib.

O hesab edir ki, bu, doğru qərardır.

Qeyd edək ki, Ermənsitandakı hökumət rəsmiləri bir müddət Rusiya dövlət mediasının Ermənistana qarşı hibrid müharibə şəraitində olduğunu bildirmişdilər.

Xatırladaq ki, son aylar İrəvanla Moskva arasında münasibətlər gərginləşib. Tərəflər buna səbəb kimi bir-birilərini ittiham edirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31