Təbrizdə ağır yol qəzasında yanğın baş verib, 2 nəfər ölüb - VİDEO + FOTO

Bu gün Təbrizdə yanacaqdaşıyan yük maşınının minik avtomobili ilə toqquşması nəticəsində yanğın baş verib.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində iki uşaq həlak olub, biri qadın olmaqla üç nəfər xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Hadisəyə sürücünün yanacaqdaşıyan yük maşınına nəzarəti itirməsi səbəb olub.

Yanğın söndürülərkən iki yanğınsöndürmə əməkdaşı xəsarət alıb və onlara yerində tibbi yardım göstərilir.

Yanğının bir neçə saat ərzində söndürüldüyü bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31