Pakistanda bir gündə ikinci məscid partlayışı baş verib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Pakistanda bir gündə ikinci məscid partlayışı baş verib.

Binanın damının uçduğu, dağıntılar altında 30-40 nəfərin qala biləcəyi dəqiqləşdirilir.

Bundan əvvəl Dawn Pakistanın Bəlucistan əyalətinin Mastunq şəhərində güclü partlayış barədə məlumat vermişdi. Hadisə məscidin yaxınlığında dini yürüş zamanı baş verib. Polisin məlumatına görə, partlayış kamikadze tərəfindən törədilib.

Məlumata görə, partlayış nəticəsində biri polis əməkdaşı olmaqla 52 nəfər həlak olub. Daha 50 nəfərin yaralandığı bildirilir.

Geo telekanalının məlumatına görə , partlayış   Məhəmməd peyğəmbərin doğum günü olan Mövlud bayramını qeyd etməyə gedən məscidin yaxınlığında baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31