Macarıstan Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləmir - ÖZƏL
29 Sentyabr 2023 16:09 DünyaOlaylar.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, o, ölkə parlamentində iki il ərzində Ukraynanın Avropa İttifaqına üzvlüyünə səs vermək üçün böyük istək görmür.
O vurğulayıb ki, Ukraynanın Avropa İttifaqına üzv olması üçün bütün üzv dövlətlərin razılığı lazımdır.
"Mən Macarıstan parlamentinə baxıram və iclas zalında iki il ərzində Ukraynanın Avropa İttifaqına üzvlüyünə səs vermək üçün bu hədsiz istəyi hiss etmirəm", - Orban deyib.
Macarıstanın baş naziri Brüsseldə Kiyevin Aİ- yə qəbulu imkanlarını müzakirə edərkən belə planlarla ehtiyatlı olmağa çağırıb . O qeyd edib ki, indi heç kim bir ölkənin ərazisinin, əhalisinin nə olduğunu bilmir və Avropa İttifaqının nizamı ölkənin hansı əhaliyə malik olmasından asılıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31