Artyomovsk yaxınlığında 40-a yaxın Ukrayna hərbi texnikası məhv edilib - ÖZƏL

"Ukrayna silahlı qüvvələri Artyomovsk şəhərinin cənub cinahları yaxınlığında gedən döyüşlərdə Qərb də daxil olmaqla 40-a yaxın hərbi texnikanı itirib".

Olaylar.az xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının (DXR) rəhbərinin müşaviri Yan Qaqin bildirib.

"Son bir neçə gündə Ukrayna qoşunları Artyomovskın cənub cinahlarında, Andreyevka qəsəbəsi yaxınlığında 40-a yaxın hərbi texnikanı itirib. Bunlara Qərb istehsalı olan piyada döyüş maşını və bir neçə Polşa Rosomakları daxildir" - o, qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31