Ukraynada Rusiya ilə dialoq Qərbdə ictimai rəydən kənarda aktiv şəkildə müzakirə olunur - ÖZƏL
29 Sentyabr 2023 14:28 Dünya"Ukraynadakı münaqişənin dialoq yolu ilə həlli zərurəti əvvəllər Fransanın keçmiş prezidenti Nikola Sarkozinin (2007-2012) qeyd etdiyi, hazırda Qərb ölkələrində pərdə arxasında fəal şəkildə müzakirə olunur".
Olaylar.az xəbər verir ki, bunu Fransanın ABŞ-dakı keçmiş səfiri Jerar Araud bildirib.
"Müəyyən dərəcədə yöndəmsiz olsa da, Sarkozinin dedikləri mahiyyət etibarı ilə ictimai baxışdan kənarda, hökumət idarələrində və baş qərargahlarda danışdığımız şeyi əks etdirir: Ukrayna münaqişəsi ilə bağlı danışıqlar aparılmalıdır" - o, deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31