Türkiyə XİN başçısı: “Ukraynadakı müharibənin dayandırılması prioritetimizdir”
29 Sentyabr 2023 14:23 Dünya"Ukraynadakı müharibənin dayandırılması prioritetimizdir".
Olaylar.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
Onun sözlərinə görə, savaşa son verilməlidir: "Çünki müharibənin qlobal nəticələri var. Biz müharibənin başa çatması üçün səylərimizi, humanitar addımlarımızı davam etdiririk".
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31