Rusiyanın müdafiə xətləri Qərbin gözlədiyindən daha güclü oldu - ÖZƏL
29 Sentyabr 2023 13:19 Dünya"Ukraynanın əks-hücum əməliyyatı yavaş-yavaş davam edir, çünki Rusiyanın müdafiə xətti Qərbin gözlədiyindən daha güclü idi".
Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniyanın Müdafiə Qərargahının rəisi, admiral Toni Radakin deyib.
Onun fikrincə, müşahidəçilər qısamüddətli perspektivdə Ukrayna əks-hücumunun uğurlarını gözləməməlidir. Radakin hesab edir ki, hazırda "visseral müharibə" aparılır və bu müharibədə qalib gəlmək həm hərbi, həm də iqtisadi güc tələb edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31