Pakistanda baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb

Pakistanda məscid yaxınlığında baş verən partlayışda 13 nəfər ölüb, 70 nəfər yaralanıb.

Olaylar.az yerli KİV-ə istinadən xəbər verir ki, səlahiyyətlilər partlayışın kamikadze tərəfindən törədildiyini ehtimal edir.

Qeyd edək ki, partlayış Mastunq şəhərində insanların Peyğəmbərin mövlud gününü qeyd etmək üçün toplaşdığı məscidin yaxınlığında baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31