Türkiyə və Qətərin iştirakı ilə Rusiya Federasiyasından Afrika ölkələrinə taxıl tədarükü ilə bağlı müzakirələr davam edir- ÖZƏL

Olaylar.az xəbər verir ki, Türkiyə və Qətərin iştirakı ilə Rusiya taxılının Afrika ölkələrinə tədarükü ilə bağlı müzakirələr davam edir. Bu barədə Ankaradakı diplomatik mənbə məlumat verib.

Mənbənin sözlərinə görə, bu mövzu ilə bağlı danışıqlar davam edir və Xarici İşlər Nazirliyinin xətti ilə aparılır. Bununla belə, tədarüklərə başlamazdan əvvəl inzibati maneələr aradan qaldırılmalıdır.

Mənbə qeyd edib ki, Türkiyə bu cür tədarükləri həyata keçirməkdə qərarlıdır.

Avqustun 31-də  Moskvada Rusiya və Türkiyə Xarici İşlər nazirliklərinin rəhbərləri Sergey Lavrov və Hakan Fidan arasında danışıqlar olub . Onlar taxıl müqaviləsi və Qətərin maliyyə dəstəyi ilə 1 milyon ton Rusiya taxılının güzəştli qiymətlə Türkiyəyə tədarükü təşəbbüsünün şərtlərini müzakirə ediblər. Sentyabrın 4 - də Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan Soçidə  bu məsələni müzakirə ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31