Baş nazir: “Ukrayna iki il ərzində Avropa İttifaqına üzv olmağa tam hazır olacaq”

"Ukrayna iki il ərzində Avropa İttifaqına üzv olmağa tam hazır olacaq".

Olaylar.az xəbər verir ki, bunu Ukraynanın Baş naziri Denis Şmıqal "Politico" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, rəsmi Kiyev bunun üçün səy göstərir: "Biz prosesin ləngidilməsi ilə razılaşmayacağıq. Bu, bütün ukraynalılar üçün çox vacibdir. Əminəm ki, iki il ərzində Aİ-nin bir hissəsi olmağa tam hazır vəziyyətə gələcəyik".

Baş nazir həmçinin bildirib ki, Ukrayna üzvlük üçün Avropa Komissiyasının irəli sürdüyü 7 şərtin hər birini yerinə yetirib.

Qeyd edək ki, Ukrayna ötən il Aİ-yə üzvlüyünə namizəd statusu alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31